AZ : RU

Марка :  

Модель :

Цена : -

Ежемесячная оплата     : -

   


Новые добавления

за 24 часа : 0 авто
за 7 дней : 0 авто
за 30 дней : 1 авто
В базе 76 авто
Проданные авто

Счетчики


“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir - FOTO

[04.09.2016]


“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirilir - FOTO

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Moskva prospektində kompleks halda atılmış addımların məntiqi davamı olaraq prospektdən şəhərə giriş hissədə “20 Yanvar dairəsi”nə doğru yol genişləndirilir.

 

1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-dən məlumat verilib.

 

Qurumdan bildirilib ki, məqsəd Sumqayıt şəhərindən və Bakının şimal istiqamətindən şəhərə daxil olan avtonəqliyyat vasitələrinin rahatlıqla “20 Yanvar” dairəsinə çıxışını təmin etməkdir. Hazırda Moskva prospektindəki tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - “20 Yanvar dairəsi"nə tərəf hərəkət etmək üçün bir zolaqdan ibarət şaxələnmə yeri mövcuddur.

02.09.2016 başlanan işlərin nəticəsində həmin şaxələnmə yeri genişləndirilərək iki zolaqlı ediləcək. Nəticədə, tuneldən çıxaraq “20 Yanvar” dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə aradan qaldırılacaq.

 

Aparılan yenidənqurma işləri çərçivəsində Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

 

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində aparılan işlər çərçivəsində sözügedən hissədə əlavə olaraq 2 hərəkət zolağının yaradılması nəzərdə tutulub.

 









Просмотрено : 1120   

 
 
© 2010-2015